Ermənistan sülh müqaviləsində Azərbaycandan ZƏMANƏT İSTƏYİB

Hazırda oxunan: Ermənistan sülh müqaviləsində Azərbaycandan ZƏMANƏT İSTƏYİB

111081

Ermənistan sülh müqaviləsinin mətnində Azərbaycana zəmanət institutu yaratmağı təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə dekabrın 22-də Ermənistan parlamentində keçirdiyi brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

"Bu institut müqavilənin icrasını təmin etmək üçün nəzərdə tutulub. Bundan əlavə, böhran yaranarsa və onu həll etmək mümkün olmasa, Beynəlxalq Məhkəməyə müraciət etmək üçün mexanizmin yaradılmasını da təklif etdik", - deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Azərbaycana hansı sülh təklifləri verib? – Kontr DETALLAR


“Təklifdə Qarabağ münaqişəsinin həll yoluna aid maddə varmı?” sualına Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Bununla bağlı danışıqlar baş tutsa, məsələyə aydınlıq gətirəcəyik”, - deyə Qriqoryan bildirib.

Xatırladaq ki, hökumətin bugünkü iclasında baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər təqdim etdiyini bildirib.

“Biz göndərdiyimiz məzmunlu müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”, - deyə baş nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin