Erməni mətbuatına “fake” xəbərlər niyə lazımdır? – SƏBƏBLƏR 

Hazırda oxunan: Erməni mətbuatına “fake” xəbərlər niyə lazımdır? – SƏBƏBLƏR 

110844

Məlum olduğu kimi, Ermənistan mətbuatı bir neçə gündür ki, İranın Bakı-Naxçıvan magistral yolunu bağladığı ilə bağlı xəbərlər tirajlayırdı.

Lakin dekabrın 20-də Azərbaycan tərəfi rəsmi şəkildə bu xəbərlərin reallığı əks etdirmədiyini, Naxçıvandan Bakıya və eləcə də əks istiqamətdə İran ərazisindən keçməklə yüklərin daşınması prosesi davam etdiyini açıqlayıb.

Maraqlıdır, erməni KİV bu cür “fake” iddialarla çıxış etməklə nəyə nail olmağa çalışır?

Ermənistanın onsuzda problemli olan İran-Azərbaycan münasibətləri ətrafında manipulyasiyalar etmək cəhdləri hansı məqsədə hesablanıb?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq İlqar Vəlizadə qeyd edib ki, bu cür yalan iddialarla çıxış etmək erməni mətbuatı və siyasi dairələrinin adətidir:

“Ona görə də, burada təəccüblənməli bir məqam yoxdur əslində. Qeyd etmək lazımdır ki, Azərbaycandan İran İslam Respublikasından keçməklə təkcə Naxçıvana yox, eləcə də digər istiqamətlərə daşınırdı, xüsusilə də İranın dəniz limanları, Pakistan və Ərəb ölkələrinə bu yollarla yüklər daşınır. Erməni mətbuatının bunu bilməsi yaxşı olardı.

Ümumilikdə isə, erməni tərəfi arzuladıqlarını real vəziyyət kimi göstərmək üçün bu cür taktikalara əl atır. Onlar əslində bu yolla erməni xalqını aldatmağa çalışırlar. Təsəvvür edin, bu cür feykləri oxuyan erməni oxucusunun hansı fikirləri formalaşır.
Bu da hakim dairələrin xalq üzərində manipulyasiya etmək imkanını yaradır. Əslində, bu cür xəbərlərin tirajlanmasının əsas səbəbi məhz budur. Çünki aldadılmış cəmiyyəti manipulyasiya etmək olduqca asandır.

Erməni siyasi dairələri İranın Azərbaycan-Naxçıvan magistral yolunu bağlaması ilə bağlı xəbərlər tirajlamaqla özlərinin uğurlu xarici siyasətm yürütdüyü imitasiyasını yaratmağa çalışırlar. Bununla da özlərinə reytinq qazanmaq niyyəti güdürlər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin