Erməni bloger Roman Bağdasaryan “Qafqazdan xəbərlər” kanalının və onun aparıcısı Gela Vasadzenin növbəti qonağı olub.
Bizim.Media xəbər verir ki, veriliş zamanı “Ruben Vardanyan layihəsi”ndən də danışıblar. Belə ki, Q. Vasadze Bağdasaryana “Vardanyan işi” ilə bağlı sual verib.
Erməni blogerin fikrincə, əvvəlcə Ruben Vardanyanın kim olduğunu anlamaq lazımdır.
“Onun necə insan olduğunu başa düşmək üçün illərlə onunla işləyən, onu beş barmağı kimi tanıyan insanlar tapdım. Mənə dedilər ki, Ruben Vardanyan yaxşı yaşamağı, dadlı və iştahaaçan yeməyi sevən insandır. Bu elə adam deyil ki, belə maddi durumu ilə gedib qarışıqlıq olan Qarabağda otursun. Ən cəsarətli və vətənpərvər insan dalana dirənmiş bir işi öz üzərinə götürən zaman milyon dəfə düşünür.
Vardanyan bütün biznesini Rusiyada qurduğuna görə 100 faiz bu ölkədən uzaqlaşdırılıb. Aydındır ki, bu adam Rusiyada onun qanunsuz sövdələşmələrini ört-basdır edən yüksək vəzifəli məmurlarla işləyib. Rusiya Federasiyasında kimsə Kremldə çalışan və ya Federal Təhlükəsizlik Xidmətindəki vəzifəli şəxslərin vasitəsi olmadan böyük işlər görə olmaz. Əgər onilliklərlə kiminsə ölkəsində “mahnı” oxuyursansa, o zaman “bu mahnıları” istəsən də, istəməsən də Ermənistanda və ya Qarabağda oxuya bilərsən. Keçmişdə və ya indi sizə kim göstəriş veribsə, gələcəkdə də sizə qarşı bundan istifadə edə bilər.
Rusiyada nə qədər yüksək rütbəli, hətta rus millətindən olan insanların ailələri ilə birlikdə öldüklərini söyləmək mənə düşmür. Cənab Vardanyan bütün bunları başa düşəcək qədər ağıllı adamdır, “yox” deyə bilməz. Dünyanın hər yerində səni taparlar, qaçmaq mümkün deyil. Və dediklərimin hamısını sübut edə bilərəm.
Vardanyanın Rusiya və Ermənistan mətbuatına verdiyi bütün müsahibələrinə baxsanız, çox maraqlı bir şey tapa bilərsiniz. Belə ki, onun mimikalarını və jestlərini öyrənəndə görərsən ki, heç bir yerdə o, özünə inamlı, gülərüz, nikbin görünmür. Əksinə, kadrların hər yerində itmiş və çaşqın baxışları aydın görünür. Artıq bir aydır ki, Qarabağdadır, 9 “nazir”i işdən çıxarıb, hamısı ondan qəzəblidir. Mən heç vaxt görməmişəm ki, Vardanyan əminliklə “bütün problemlərə baxmayaraq, Qarabağı ayağa qaldıracağam” deyib. Yeri gəlmişkən, Laçın problemi nədənsə Vardanyanın “təyinatı” ilə üst-üstə düşdü”, – Bağdasaryan bildirib.
Eyni zamanda, o, gələcəkdə Vardanyanın Ermənistanın baş naziri postunda Paşinyanı əvəzləməsinin mümkün olub-olmaması sualını da cavablandırıb.
“Ermənistan ermənilərinin təsəvvüründə Nikol Paşinyan sadəcə lider deyil, onu onlarla gülüb ağlaya bilən “ata” kimi qəbul edirlər. Robert Köçəryanın Ermənistanın heç bir yerində ağladığını görməmisiniz. Bu hal sadəcə olaraq olmayıb. Serj Sarkisyanın da heç yerdə ağladığını görməmisiniz. Və ilk dəfə erməni xalqı gördü ki, ölkə rəhbəri onunla həm ağlaya, həm də gülə bilər. Ruben Vardanyana Rusiya nə qədər pul qoysa da, sizi inandırıram ki, bu dörd il yarım ərzində insanlar çox dəyişib.
Bəs bu dörd ay ərzində Vardanyan Qarabağda nə edib? Biz hələ də ondan dünyanın yol xəritəsi haqqında heç nə eşitməmişik. Rusiyadan bir nəfər də olsun nüfuzlu erməni və ya erməni qadın niyə Qarabağa köçmədi? İnanın ki, Vardanyanın dostlarından heç biri Rusiyadan Qarabağa köçməyib. Biz ancaq boş danışıqlarını eşidirik”, - deyə R.Bağdasaryan bildirib.
Bloger onu da etiraf edib ki, Qarabağ separatçılarının “xüsusi xidmət orqanları” onu “izləyir”.
“Hər verilişimə baxırlar, bütün email ünvanlarımı sındırmağa çalışırlar, məni dindirməyə çağırırlar, təzyiq göstərirlər, hədələyirlər, hətta saxta cinayət işi də açıblar. Qarabağda diktatura bərqərar olub, insanlar artıq “hakimiyyəti” tənqid edə bilmirlər. İnsanlar mənə qorxu ilə yazırlar.
Onlara deyirəm: uşaqlar, mənə mesaj göndərməyin, çünki “MTX” dərhal onları aşkar edir və evlərinə soxulur. Neçə dəfə olub ki, Qarabağdakı uşaqlar mənə məlumat “sızdırıblar” və ertəsi gün yerli “KQB”nin əməkdaşları evlərinə gəlib”, - deyə R.Bağdasaryan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:30 / 21.12.2022
Erməni blogerdən “Vardanyan layihəsi”ilə bağlı SENSASİON AÇIQLAMA: “Rusiya onu bu səbəbdən Qarabağa göndərib”
Hazırda oxunan: Erməni blogerdən “Vardanyan layihəsi”ilə bağlı SENSASİON AÇIQLAMA: “Rusiya onu bu səbəbdən Qarabağa göndərib”
Hazırda oxunan: Erməni blogerdən “Vardanyan layihəsi”ilə bağlı SENSASİON AÇIQLAMA: “Rusiya onu bu səbəbdən Qarabağa göndərib”
110776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.