İttifaq Rusiya qazına HƏDD QİYMƏTİ qoydu – Azərbaycana hansı zərəri ola bilər?

Hazırda oxunan: İttifaq Rusiya qazına HƏDD QİYMƏTİ qoydu – Azərbaycana hansı zərəri ola bilər?

110671

Aİ ölkələri Rusiya qazının qiymətinin yuxarı həddi ilə bağlı razılığa gəliblər. 

Məlumata görə, Aİ ölkələri Rusiyadan alınan qazın meqavat-saatına görə 180 avro dəyərində “tavan qiyməti”nin təyin olunmasına səs verib.  

Qeyd edilib ki, qərar 2023-cü il fevralın 15-dən etibarən Aİ-də qazın qiymətinin yuxarı həddi MVt/saat üçün 180 avroya çatdığı təqdirdə tətbiq ediləcək.  
Sənədə əsasən, qazın yeni qiyməti ilkin olaraq birjadankənar əməliyyatlara şamil edilməyəcək. 

Bu fonda atılan addım görəsən Azərbaycan qazının qiymətinə də hansısa formada təsir edə bilərmi?

Bizim.Media-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, Rusiya qazı ilə bağlı Aİ-nin qərarının Azərbaycan qazının qiymətinə heç bir aydiyyatı olmayacaq:

“Qəbul edilən bu qərar Avropa ilə Rusiya arasında yaranmış vəziyyətdən doğub. Ona görə də Avropa İttifaqının Rusiya qazının qiymətinə qoyduğu limitin Azərbaycan, yaxud da Şimali Afrikadan Avropaya nəql edilən qazın qiymətinə hər hansı bir təsiri olmayacaq.

Yalnız Avropada qiymətlərin birjada hansı səviyyədə olmasının Azərbaycan qazının qiymətinə təsiri olur. Başqa hallarda bu təsir hər hansı bir formada hiss edilmir.

Azərbaycanın satdığı qaz, Bolqarıstanı çıxmaq şərtilə, istər Yunanıstan, istərsə də İtaliyaya hərraclarda təyin edilən qiymətlə daxil olur. Azərbaycan qazı həmin bazarlarda satılan yerdə onun orta qiymətinə hesablanır. Belədə, Rusiya qazına qoyulan bu limitin Azərbaycan qazının qiymətinə heç bir təsiri olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin