Ermənilər Xocalıda 2 min nəfərlik yeni qəsəbə salacaqlar.
Belə bir plan barədə Qarabağdakı qondarma separatçı rejimin tör-töküntülərinin rəhbərinin xüsusi məsələlər üzrə nümayəndəsi Boris Avakyan söyləyib.
O, evsiz qalmış ermənilər üçün yeni qəsəbə tikintisi haqda danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
«Ermənilər qəbirləri ekskavatorla qazıb, qızıl axtarıblar» - Məşhur fotoqraf
Məlumata görə, xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyanın da razılığıyla 2 min nəfərlik yeni qəsəbənin layihəsi bəyənlilib.
Separatçı rejimin qanunsuz "ərazi idarəetmə naziri” sayılan Ayk Xanumyan isə qəsəbənin Xocalı rayonunun "Noraqyux” adlandırılmış Təzəbinə kəndi yaxınlığında ayrılmış 10 hektar ərazidə tikilməsini təklif edib.
Bizim.Media