Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni ölkələrin qoşulması ilə bağlı məsələlərə baxılmır.
Bizim.Media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
“Xeyr, bu məsələ indi müzakirə olunmur. Biz kəmiyyət üçün deyil, keyfiyyət üçün işləməliyik”, – deyə Stanislav Zas vurğulayıb.
Baş katib bildirib ki, təşkilatın genişləndirilməsi istiqamətində atılan addımlar onun effektivliyini artırmalı və ümumi təhlükəsizliyi gücləndirməlidir.
Qeyd edək ki, hazırda təşkilata 6 dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan üzvdür.
Bizim.Media
- A-
- A
- A+
Region
11:15 / 20.12.2022
KTMT-yə yeni ölkələr qoşulacaqmı? – Zasdan AÇIQLAMA
Hazırda oxunan: KTMT-yə yeni ölkələr qoşulacaqmı? – Zasdan AÇIQLAMA
Hazırda oxunan: KTMT-yə yeni ölkələr qoşulacaqmı? – Zasdan AÇIQLAMA
110563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.