“Rusiyaya qarşı yeni sanksiyalar Aİ-də sosial və iqtisadi problemlərə səbəb olacaq” - Zaxarova 

Hazırda oxunan: “Rusiyaya qarşı yeni sanksiyalar Aİ-də sosial və iqtisadi problemlərə səbəb olacaq” - Zaxarova 

110194

“Rusiyaya qarşı yeni sanksiyalar paketi Avropa İttifaqının (Aİ) daxilində də sosial və iqtisadi problemlərin artmasına səbəb olacaq”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin ölkəsinə qarşı 9-cu sanksiya paketini qəbul etməsinə münasibət bildirən zaman deyib.

O, sanksiya paketinin qeyri-legitim birtərəfli məhdudlaşdırıcı tədbirlərdən ibarət olduğunu bildirib:

“Aİ liderləri məhdudiyyətlər dövründən çıxa bilmir və Rusiyaya qarşı bütün anti-Rusiya sanksiyalarının və təzyiq siyasətlərinin əbəs olduğunu qəbul edə bilmirlər. Hazırkı paket əvvəlki paketlərlə eyni effekt verəcək və Aİ-nin özündə sosial və iqtisadi problemləri daha da kəskinləşdirəcək”.
Qeyd edək ki, Aİ-yə üzv ölkələr dünən 200-ə yaxın şəxs və qurum ilə 3 Rusiya bankının əlavə edilməsini, ikili istifadə məhsullarına ixrac qadağasını və mədən investisiyalarına qadağaları ehtiva edən 9-cu sanksiyalar paketini təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin