Bu gün Türkiyənin ilk yeraltı təbii qaz anbarı olan Silivri Təbii Qaz Anbarı tutumu artırıldıqdan sonra yenidən istifadəyə verilib.
Bizim.Media “NTV”yə istinadən xəbər verir ki, açılışda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
"Bugünkü açılışla Silivri Avropanın ən böyük qaz anbarına çevrildi. Obyekti qurduq və ilk fazanı 2007-ci ildə istifadəyə verdik. Artıq anbar daha böyük tutumu ilə istifadəyə hazırdır. Anbar gündəlik 45 milyon kubmetr inyeksiya və 75 milyon kubmetr hasilat gücünə malikdir”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə rəhbəri bildirib ki, obyekt hətta pik istehlak dövründə də ehtiyacın dörddə birini ödəmək gücünə malikdir.
Açılış mərasimində prezident Ərdoğanla yanaşı, enerji və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Region
18:32 / 16.12.2022
Türkiyənin ən böyük qaz anbarının AÇILIŞI OLDU
Hazırda oxunan: Türkiyənin ən böyük qaz anbarının AÇILIŞI OLDU
Hazırda oxunan: Türkiyənin ən böyük qaz anbarının AÇILIŞI OLDU
110038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.