Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) 77 hərbçisinin Türkiyənin “Baykar” şirkətində keçirilən təlimləri uğurla başa vurublar.
Azərbaycanın Türkiyədəki Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, 4 ay davam edən “Bayraktar TB2 silahsız pilotsuz təyyarələrin (SİHA) operatoru” təlimində iştirak edən hərbçilərimiz SİHA pilotu, komana idarəetmə, yük operatoru və digər texniki vəzifələr üzrə sertifikatlar alıblar.
MÖVZU İLƏ BAĞLI:
Bayraktardan Azərbaycan hərbçiləri ilə bağlı mühüm açıqlama - VİDEO
Sertifikatları şirkətin baş direktoru Haluk Bayraktar və “Baykar Texnologiya”nın lideri Selçuq Bayraktar təqdim edib.
Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın Türkiyədəki Hərbi Attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanının müavini polkovnik Elşad Pənahov və general Namiq İslamzadə, Müdafiə Nazirliyinin HHQ İdarəsinin rəisi polkovnik Elçin Axundov iştirak edib.
Bizim.Media