İranda etirazların II DALĞASI başlayır – “Sistem dəyişəcək”

Hazırda oxunan: İranda etirazların II DALĞASI başlayır – “Sistem dəyişəcək”

109528

İranda artıq iki aydan çoxdur ki, rejimə qarşı etiraz dalğası davam edir. Hələlik Tehran hakimiyyəti bu etirazlar fonunda represiyalarla yanaşı, müəyyən güzəştlər də getməyə məcbur olur. Bu fonda indilikdə mövcud rejim hələlik öz mövqeyini saxlayır. Amma artıq İranda cərəyan edən olaylara Qərb də dolayısı ilə qarışmağa başlayıb. ABŞ, Avropa İttifaqı İrandakı siyasi rejimin dəyişməli olduğu məsələsini gündəmə gətirib. Bu barədə ABŞ Prezidenti Co Bayden də açıqlama verib. Qərbin bu sayaq açıqlamaları istər-istəməz İranda davam edən etiraz aksiyasının daha da güclənməsinə səbəb ola bilər.   

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri İranda cərəyan edən prosesin hara getdiyinə, nələrə gətirib çıxaracağına aydınlıq gətirdi. 

Onun fikrincə, qonşu ölkədəki proseslər rejimin dəyişməsinə doğru gedir:

“Mövcud rejimin uzun müddətli perspektivi yoxdur. Çünki bütün etirazlar məhz rejimin, mövcud idarəetmənin dəyişməsinə yönəlib. Xalq bu idarəetmədən razı deyil. Hətat etiraz dalğası müəyyən qədər səngisə də, İranda yetişən gəncliyi uzun müddət yalançı islamla idarə etmək mümkün olmayacaq. İranda bu cür idarə olunmaq istəməyən dinamik, ağıllı gənclik yetişib”. 

Politoloq qeyd edir ki, İrandakı rejim artıq bütün dünyanın başına bəla olmağa başlayıb:

“Qərbdə anlayırlar ki, İrandakı rejim dəyişməsə onlarınregional və qlobal səviyyədə geosiyasi maraqları da təmin olunmayacaq. Qərb əslində İran xalqını sevdiyi üçün deyil, sadəcə olaraq öz maraqlarına uyğun olmadığından İrandakı siyasi rejimin dəyişməsindən danışmağa başlayıblar. Bu mənada Qərbdən gələn belə açıqlamalar etiraz edən xalqa da stimul verir.

Etirazçılar dünyanın onları dəstəklədiyini gördükcə prosesi daha təşkilatlanmış və daha kütləvi səviyyədə həyata keçirməyə ruhlanacaqlar. İranda hakimiyyətə paralel strukturlar yaradılmaıdır.

Qərbin aksiya iştirakçılarını dəstəkləməsi fonunda verdikləri açıqlamalar İranda xaotik şəkildə davam edən etirazların bundan sonra konkret siyasi məqsədlərə yönəlik etiraz dalğasına keçməsinə gətirib çıxaracaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin