Xəbər verdiyimiz kimi, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir. Və nəticədə rus sülhməramlıları Laçın yolunu bağlayıblar. Ancaq erməni mətbuatı yolun məhz azərbaycanlı fəallar tərəfindən bağlandığını yazır.
Bizim.Media xəbər verir ki, İctimai televiziyanın hadisə yerində olan çəkiliş qrupu ermənilərin daha bir yalanını üzə çıxarıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı fəallardan rus sülhməramlılarına ingilis dilində MÜRACİƏT - VİDEO
Videodan aydın görsənir ki, Laçından və Xankəndidən gələn yol məhz sülhməramlılar tərəfindən bağlanıb. Azərbaycanlılar sadəcə olaraq dinc aksiya keçirirlər.
Mənbə qeyd edib ki, dünəndən bəri sülhməramlıların komandiri, general-mayor Andrey Volkov əraziyə gəlməyib.
Bizim.Media