Türkiyənin Çanaqqala vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:21-də Biga rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 12,12 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar İstanbul, Balıkəsir və Bursa vilayətlərində də hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:30 / 13.12.2022
Türkiyədə 4,3 bal gücündə zəlzələ oldu
Hazırda oxunan: Türkiyədə 4,3 bal gücündə zəlzələ oldu
Hazırda oxunan: Türkiyədə 4,3 bal gücündə zəlzələ oldu
109268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.