Ermənistanın 5-ci kalonu elə onun hakimiyyətidir – Erməni politoloq 

Hazırda oxunan: Ermənistanın 5-ci kalonu elə onun hakimiyyətidir – Erməni politoloq 

10902

Ermənistan hökuməti dezinformasiyaları minimallaşdırmaq niyətindədir.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan bəyan edib. 

Təqdim olunacaq qanun layihəsi özündə təhqir mahiyyəti daşıyan feyk xəbər və dezinformasiyalarla mübarizə məqsədi güdür. 

 

MÖVZU İLƏ BAĞLI:

Erməni politoloq: “Ermənistan xarici siyasətdə güvənilməz dövlətdir”


Simonyanın sözlərinə görə, yalan və təhqir dolu informasiyaları yayanlar cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu cür yazıların müəliflərini böyük cərimələr və 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

Bəzi ekspertlərin fikrincə isə bu Paşinyan rejiminin mətbuata qarşı nöbəti həmləsidir. Bu qanaun qəbul edilərsə, istənilən jurnalisti və blogeri bəhanələrlə həbs etmək mümkün olacaq.

Bu eyni zamanda sosial media istifadəçilərinə qarşı da basqı kimi qiymətləndirilir. Çünki qanun layihəsində ilkin mənbə kimi həmin məlumatı yayan şəxsin də cinayət məsuliyyətinə cəlb ediləcəyi deyilir.

Erməni media hüquq müdafiəçiləri jurnalist, həm də küçə mübarizəsindən gəlmiş birisinin bu cür addımlar atmasını sağlam məbntiqin itirilməsi kimi qiymətləndiriblər. Artıq Paşinyanın hansı sözünə sadiq qalacağı haqda heç bir fikrimiz yoxdur, deyirlər. 

Politoloq İsgəndəryan isə “tert.am”a verdiyi açıqlamasında bildirir ki, Paşinyanın Türkiyə və Rusiya qarşısında daha hansı öhdəlikləri götürdüyünü elan etməsi lazımdır.

O qeyd edib ki, Ermənistanın 5-ci kalonu elə onun hakimiyyətidir. “Erməni xalqı 2018-ci ildə etdiyi seçim səhvinin hələ bundan sonra 50-100 il acısını yaşayacaq”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin