“Qarabağ Azərbaycan SSR-in tərkibində olub” – Rəsmi Moskva

Hazırda oxunan: “Qarabağ Azərbaycan SSR-in tərkibində olub” – Rəsmi Moskva

108571

Ermənistanın Alma-Ata Bəyannaməsini tam olaraq necə qəbul etmələri ilə bağlı dəqiq rəsmi mövqeyi yoxdur.

Bizim.Media xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

“Sergey Lavrov mətbuat konfransında bütün vurğuları qoydu. Daha deyəcək bir şey yoxdur. Bu məsələdə dövlətin rəsmi, vahid mövqeyini anlamaq lazımdır. O zaman biz bu nüansları ictimai müzakirəyə çıxara biləcəyik.
Mən İrəvanda rəsmi şəkildə uyğun mövqe olmadan Sergey Lavrovun danışdıqlarına nə əlavə edəcəyimi bilmirəm. Son vaxtlar biz çoxlu şərhləri, nüansları, çoxlu müxtəlif yanaşmalar görürük. Əsasən, rəsmi İrəvanın bu aspektlərlə bağlı mövqeyini başa düşmək lazımdır”, - deyə o, qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Atı Bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir.

“Almatı bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında mövcud olmuş sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində olub. Bəyannamə həm Azərbaycan, həm Ermənistan, həm Fransa və Şarl Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildikdə bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”, - deyə Rusiya XİN rəhbəri bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin