Ermənistan-Türkiyə arasında sərhəd-keçid məntəqəsi AÇILACAQ

Hazırda oxunan: Ermənistan-Türkiyə arasında sərhəd-keçid məntəqəsi AÇILACAQ

108543

Türkiyə ilə Ermənistan arasında birbaşa uçuşlardan sonra artıq yük reyslərinin də həyata keçirilməsi planlaşdırılır. Mütəxəssislər, eyni zamanda Alican sərhəd-keçid məntəqəsinin açılışı üzərində çalışırlar.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mənbə yazır ki, iki ölkə arasında normallaşma prosesi ehtiyatlı addımlarla davam edir.

Yük təyyarələrinin uçuşlarının başlanması üçün işlər yekunlaşıb. “Hürriyet”in əldə etdiyi məlumata görə, uçuşlar 2022-ci ilin sonunadək baş tutacaq. Beləliklə, Gürcüstan üzərindən Ermənistan piştaxtalarını dolduran türk malları birbaşa hava yükü ilə bu ölkəyə gətiriləcək.
Üzərində çalışılan digər məsələ isə Alican sərhəd-keçid məntəqəsinin açılması və üçüncü ölkə vətəndaşlarının səyahət etməsinə icazə verilməsidir.

Lakin bu yolda 128 metr uzunluğunda körpü var. Təhlükəsiz keçid üçün bu körpünün təmirə ehtiyacı var. Mövzu ilə bağlı bir neçə həftə əvvəl ekspertlər səviyyəsində görüş keçirilib. Bölgədə qışın sərt keçməsi ilə əlaqədar bununla bağlı konkret addımların daha sonra atılacağı gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin