İranda etirazçı edam olundu - İLK DƏFƏ

Hazırda oxunan: İranda etirazçı edam olundu - İLK DƏFƏ

108542

İranda aksiyalar zamanı həbs edilən etirazçılardan biri edam olunub. 

Bizim.Media "Los Angeles Times"a istinadən xəbər verir ki, 

Möhsen Şakiri adlı bu şəxs etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvü ilə dava etməkdə ittiham olunub. İddialara görə, Şakiri öz vəfizə öhdəliklərini yerinə yetirən “Bəsic” üzvünə qarşı soyuq silahdan istifadə edib və onu öldürmək istəyib. 
Bildirilib ki, bu, sentyabr ayından davam edən aksiyalarla bağlı etirazçının edam olunması ilə bağlı ilk haldır. 

Qeyd edək ki, İranda sentyabrın 14-ü 22 yaşlı Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsi səbəbilə etiraz aksiyaları keçirilir. Aksiyalarda 500-ə yaxın insan öldürülüb, 20 minə yaxın insan həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin