Xameneinin bacısı: “Qardaşımın avtoritar xilafətinin əleyhinəyəm”

Hazırda oxunan: Xameneinin bacısı: “Qardaşımın avtoritar xilafətinin əleyhinəyəm”

108352

İran İslam Respublikasının lideri Əli Xameneinin bacısı, İran rejimini tənqid edən ruhani Əli Tehraninin xanımı Bədri Xamenei açıq məktub yayaraq, Əli Xamenei və onun avtoritar xilafətinin əleyhinə olduğunu deyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

İran hökumətini tənqid etdiyi üçün hazırda həbsdə olan qadın haqları fəalı Fəridə Muradxaninin anası Bədri Hüseyni Xamenei dekabrın 6-da dərc olunan məktubunda "son 40 ildə övladlarını itirən gözü yaşlı bir çox analara" işarə edərək yazıb:

“Qardaşımın əməllərinə haqq qazandırmamaqla yanaşı, Xomeyni dövründən tutmuş indiki Əli Xameneinin despotik xilafət dövrünə qədər İran rejiminin cinayətlərinə görə ağlar qalan bütün analara başsağlığı verirəm”.
O, öz Tvitter hesabında yaydığı məktubun davamında qeyd edib: “Bütün iranlı yaslı analar kimi mən də övladımdan uzaq olmağın kədərini yaşayıram. Rejim qızımı zorakılıqla həbs edirsə, deməli başqalarının məzlum oğul və qızlarına min qat artıq zorakılıq tətbiq edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin