İranda azərbaycanlı həkim EDAM OLUNACAQ

Hazırda oxunan: İranda azərbaycanlı həkim EDAM OLUNACAQ

108274

İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib. 

Məlumatda qeyd olunur ki, Kərəcdə yaşayan və noyabrın 4-də həbs edilən azərbaycanlı ziyalı və rentgenoloq Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünün öldürülməsi işinə görə edama məhkum edilib.

Onun xanımı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.

Bundan öncə azərbaycanlı cütlük işgəncə edilib və yaralı vəziyyətdə kamera qarşısına çıxarılaraq onlardan məcburi etiraflar alınıb.

İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayeşi dekabrın 6-da mediaya açıqlamasında Bəsic üzvü Ruhullah Əcəmiyanın ölüm hadisəsinə görə, 5 nəfərin edam cəzasına, 11 nəfərin isə uzun müddətli həbs cəzasına məhkum edildiklərini bildirib.
Xatırladaq ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə tutulub, sonradan onlara qarşı aır ittihamlar irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin