Araik Arutyunyana əzab verən sual – Paşinyan, yoxsa Köçəryan?

Hazırda oxunan: Araik Arutyunyana əzab verən sual – Paşinyan, yoxsa Köçəryan?

10825

Fevralın 2-də Ermənistanın “Past” qəzeti Dağlıq Qarabağdakı qondarma rejim daxilində siyasi çəkişmələrin baş verməsi ilə bağlı məlumat verib.

Qəzetin məlumatına əsasən qondarma rejim daxilindəki siyasi qüvvələr yeni hökümətin qurulması məsələsində razılığa gələ bilməyiblər. Bu isə qondarma rejimin prezidenti Araik Arutyunyanla siyasi partiyalar arasında gərginliyi daha da artırıb.

 

MÖVZU İLƏ BAĞLI:

Robert Koçaryan: “Bakı Qarabağ məsələsini həll edilmiş hesab edir”

Arutyunyan Paşinyanın səlahiyyətlərini ələ keçirir


Qəzet Araik Arutyunyanın yaxın zamanda qondarma rejimi çətin qərarların gözlənildiyini etiraf edib. Arutyunyan çətinliklə də olsa etiraf etdiyi məsələnin Ermənistanın siyasi təzyiqi ilə olacağını da əlavə edib.

 

Ermənistan müxalifəti 10 noyabrdan etibarən başlayan etiraz dalğasını iki cəbhədə aparırdı. Belə ki, paytaxt Yerevan da daxil olmaqla Ermənistan ərazisindəki etirazlar birbaşa Nikol Paşinyan hakimiyyətini yıxmağa hesablanmışdı.


Paralel olaraq da qondarma rejim daxilində Paşinyanın müttəfiqi hesab olunan Araik Arutyunyanın devrilməsi istiqamətində 4 siyasi partiya fəaliyyətə keçmişdi.

Arutyunyan yeni hökümətin qurulması ilə bağlı söz verib, lakın daha sonra bütün vəzifələrə özü birbaşa təyinat həyata keçirib. Bu isə qondarma rejim daxilində bu gün belə davam edən siyasi gərginliyə səbəb olub.

“Hraparak” qəzetinin son günlərdə verdiyi məlumatda isə Araik Arutyunyanın Rusiya ilə əlaqələrini gücləndirmək istədiyinə diqqət çəkilir. Qəzetin fikrincə, Arutyunyan Paşinyan hakimiyyətinin tezliklə sıradan çıxacağını yaxşı başa düşür və bu səbəblə də özünə yeni müttəfiq axtarışındadır.

Araik Arutyunyanın Paşinyanın “hakimiyyət gəmisindən” tullanmağa çalışdığını qeyd edən qəzet, qondarma rejim daxilində siyasi gərginliyin pik həddə olduğunu nəzərə çarpır.

Xatırladaq ki, bundan cəmi bir gün əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Paşinyan hökümətinin qondarma Dağlıq Qarabağ özünmüdafiə ordusunun ləğv olunacağı ilə bağlı hazırlıq içərisində olduğunu yazıb.

Minasyanın açıqlamasından bir həftə əvvəl isə Araik Arutunyan qondarma rejimin Milli Təhlükəsizlik və ordu hissələrin Daxili İşlər Nazirliyinə birləşdirilməsi haqqında qərar verib.

 

İlk baxışda formal xarakter daşıyan bu qərar bu günün perspektivindən baxdıqda daha aydın görünür. Ermənistan höküməti üçtərəfli razılaşmada nəzərdə tutulan bəzi məsələlərin icra olunmasında qondarma rejim rəhbərliyinə təzyiq göstərir.


Bu məsələlər içərisində erməni silahlı birləşmələrinin ləğv olunması və Qarabağdan çıxarılması məsələsi yer alır. Bu isə Araik Arutunyanın “vəzifəsində” qalması üçün ciddi təhdidə səbəb olur.

Arutunyan bir yandan müxalif partiyaların, xüsusilə də “Daşnaksütyun”-un təzyiqi ilə qarşı qarşıyadır. Digər tərəfdən də Ermənistanda Robert Koçaryanın növbədənkənar seçiklərdə iştirak etmək istəyi siyasi vəziyyətin sabit olmadığını, hər an dəyişikliyin ola biləcəyini göstərir.

Ermənistan hökümətinin qərarlarını sözsüz yerinə yetirmək Arutunyanın qondarma rejim daxilindəki mövqelərini zəiflədəcək, rəsmi qərarlara əməl etməməsi isə hökumət qarşısında mövqeyini itirməsi ilə nəticələnək.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin