İran mediasından növbəti təxribat: Biləsuvar-Naxçıvan yolu İran tərəfindən kəsilə bilər

Hazırda oxunan: İran mediasından növbəti təxribat: Biləsuvar-Naxçıvan yolu İran tərəfindən kəsilə bilər

108130

İranın xüsusi xidmət orqanlarına bağlı və daim qatı anti-Azərbaycan təbliğatı aparan “Bultan News” saytı Azərbaycanı təhqiramiz şəkildə “Bakı Respublikası” adlandıraraq yazır:

“Tehranın “Bakı Respublikası”ndan Naxçıvana yeganə nəqliyyat dəhlizi olan Biləsuvardan Naxçıvana gedən kommunikasiya yolunu bağlamaq qərarı ilə bağlı bəzi xəbərlər yayılıb.

Bu yolun müəyyən problemləri var və indiki şəraitdə ondan istifadə etmək mümkün deyil.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib. 

Digər tərəfdən, “Əliyev mafiyası” Türkiyə ilə əlbir olaraq talışların yaşadığı cənub bölgələrində hərbi təlimə başlayıb ki, bu da etnik məsələləri baxımdan İrana açıq-aşkar mesaj sayılır.
Biləsuvar rayonu da talış zonasıdır və İran sərhədi yaxınlığında NATO qüvvələrinin olması səbəbindən Naxçıvana gedən yolun təhlükəsizliyi risk altındadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin