Moskva Rusiya neftinin 1 bareli üçün müəyyənləşdirilmiş 60 dollar məbləği qəbul etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Biz hazırda bu qərarı təhlil edirik. Belə bir qiymət tavanı üçün müəyyən hazırlıqlar görülüb. Biz bu məbləği qəbul etməyəcəyik və işin necə təşkil ediləcəyi barədə tez bir zamanda aparılacaq təhlildən sonra məlumat verəcəyik", - deyə Peskov bildirib.
Qeyd edək ki, ötən gün Avropa Komissiyasının Avropa İttifaqı ölkələrinə tədarük edilən Rusiya neftinin tənzimlənən qiymətinin yuxarı həddinin bir barel üçün 60 dollar olması barədə təklif irəli sürüb və bu təklif Aİ ölkələrinin rəsmiləri tərəfindən müsbət qarşılanıb.
Bizim.Media
- A-
- A
- A+
Region
18:12 / 03.12.2022
Rusiya Aİ-yə ETİRAZ ETDİ – Neftə təyin olunan “qiymət tavanı”nı qəbul etmir
Hazırda oxunan: Rusiya Aİ-yə ETİRAZ ETDİ – Neftə təyin olunan “qiymət tavanı”nı qəbul etmir
Hazırda oxunan: Rusiya Aİ-yə ETİRAZ ETDİ – Neftə təyin olunan “qiymət tavanı”nı qəbul etmir
107705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.