Erməni iş adamları Türkiyədən mal idxalına davam edirlər.
Bizim.Media xəbər verir ki, vitse-spiker, "Mənim addımım" blokunun deputatı Alen Simonyan bunu Ermənistan parlamentində bəyan edib.
MÖVZU İLƏ BAĞLI:
“Türkiyə Ağrı dağa görə Ermənistana məhkəmə iddiası aça bilməz” - Türkiyəli professordan AÇIQLAMA - FOTOLAR
Onun sözlərinə görə, malların Türkiyədən daşınmasına qadağa olsa da, bu, yenə də həyata keçirilir.
"Mən bu barədə tribunadan danışmaq istəmirəm, ancaq fasilə zamanı sizə təsdiqləyici bir şey göstərəcəyəm" deyib Simonyan.
Buna cavab olaraq "Çiçəklənən Ermənistan"dan olan deputatlar bildiriblər ki, mövcud hökumətin məqsədi türklərlə qazanclı ticarət qarşılığında vətənə xəyanət etməkdir. Bundan sonra parlamentdə söhbət fərqli istiqamətə yönəlib.
"Çiçəklənən Ermənistan”ın deputatı Artur Dallakyan "Siz deyəsən düşmənimizin kim olduğunu unutmusunuz" deyib.
Onun partiya üzvü Arman Abovyan vurğulayıb ki, "Heç kim unudulmur, heç nə unudulmur".
Özündən çıxan Simonyan yenidən söz alıb və hakimiyyətin Türkiyə ilə diplomatik əlaqələr qurmaq fürsətinin fəal şəkildə təbliğ edildiyi dövrdə (2008-2010) "Çiçəklənən Ermənistan”ın hakim koalisiyada olduğunu xatırladıb.
Simonyan əlavə edib ki, həqiqətən heç bir şey unudulmur.
Xatırladaq ki, 2020-ci ilin oktyabrında Ermənistan hökuməti 2021-ci il yanvarın 1-dən başlayaraq 6 ay müddətinə Türkiyədən mal idxalına qadağa qoymaq qərarına gəlib.
Yanvar ayında İqtisadiyyat naziri Vahan Kerobyan hökumətin qadağanı uzatmaq istədiyini bildirib.
Bizim.Media