İranda etirazlarda 1700 azərbaycanlı gənc həbs edilib

Hazırda oxunan: İranda etirazlarda 1700 azərbaycanlı gənc həbs edilib

107123

“İranda sentyabrdan başlayan etirazlarda 1700 nəfər azərbaycanlı gənc həbs edilib”.

Bizim.Media xəbər verir ki, bunu Fransada yaşayan Ərk İnsan Haqlarının Müdafiəsi Komitəsinin sədri, əslən cənubi azərbaycanlı Jalə Təbrizli bu gün keçirilən “Urmu gölünün harayı” adlı dəyirmi masada çıxışında bildirib.

O qeyd edib ki, etirazlarda Cənubi Azərbaycandan olan bir gənc qız güllə ilə qətlə yetirilib.

“Ümumilikdə isə ildə təqribən iki-üç min cənubi azərbaycanlı fəal həbs edilir. İranda tutulan gənclərin ailələrini qorxudurlar ki, o gənclərin adlarını bizə - Ərk İnsan Haqları Müdafiə Komitəsinə verməsinlər. Biz BMT-də təmsil olunuruq və çəkinmədən sözümüzü deyə bilirik”,- deyə J.Təbrizli əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin