İran Əfqanıstandan Rusiyanın Ukraynaya qarşı müharibəsinə göndərmək üçün fəal şəkildə muzdluları cəlb etməyə başlayıb. Onlara təklif olunan maaş ayda 1000 dollardır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya etibarlı mənbələrdən Caliber.az-a verilib.
Mənbə xatırladır ki, İran xüsusi xidmət orqanları tərəfindən oxşar cəhdlər Suriyada da müşahidə edilib, lakin ABŞ-ın, o cümlədən Qərbin kəşfiyyat xidmətlərinin mövqelərinin yerləşdiyi Suriyada bunu həyata keçimək mümkün olmayıb.
Rəsmi Tehran sadəcə bu fikrindən vaz keçmək məcburiyyətində qalıb. İndi isə Əfqanıstana fokuslanıb.
Yeri gəlmişkən, İran-Rusiya hərbi əməkdaşlığı (PUA-ların satışı, raket tədarükü planları, həmçinin Rusiyada kamikadze pilotsuz təyyarələrinin istehsal edilməsi üçün zavodun açılması) son vaxtlar sistemli xarakter alıb və əfqan muzdluların dalana dirənmiş Rusiya hərbi kampaniyasına cəlb edilməsi Ukraynaya qarşı bu istiqamətdə atılan növbəti addımdır.
Bizim.Media
- A-
- A
- A+
Region
14:46 / 29.11.2022
İran Ukraynaya qarşı vuruşmaq üçün əfqan muzdluları toplayır - 1000 dollar maaş verəcək
Hazırda oxunan: İran Ukraynaya qarşı vuruşmaq üçün əfqan muzdluları toplayır - 1000 dollar maaş verəcək
Hazırda oxunan: İran Ukraynaya qarşı vuruşmaq üçün əfqan muzdluları toplayır - 1000 dollar maaş verəcək
106920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.