İranda həbsdən çıxan yeniyetmə özünə QƏSD ETDİ

Hazırda oxunan: İranda həbsdən çıxan yeniyetmə özünə QƏSD ETDİ

106853

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan Arşiya Əlizadə həbsdən buraxıldıqdan sonra intihar edib.

Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, yeniyetmənin ailəsinin məsələni ictimailəşdirməmək üçün təhlükəsizlik İran təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildiyi bildirilir.

İnsan haqları təşkilatlarının açıqlamasına görə, Arşiya həbsxanada təzyiq göstərildiyi üçün sarsıntı keçirib və intihara əl atıb.

Qeyd edək ki, mollanın əmmaməsini başından götürdüyünə görə həbs edilən azərbaycanlı yeniyetmə 10 gün həbsdə saxlanılmasının ardınca girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin