Xəbər verdiyimiz kimi, Belarusun xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən ölüb. O, 2012-ci il avqustun 22-dən bu vəzifədə çalışıb.
Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko hadisə ilə bağlı fikirlərini bildirib. Onun iddiasına görə Makey zəhərlənib.
Bizim.Media xəbər verir ki, o, bunun Aleksandr Lukaşenko üçün bir siqnal olduğunu deyib.
"Onun zəhərlənə biləcəyi ilə bağlı söz-söhbətlər var. Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar. O, Rusiyanın təsiri altında olmayan bir neçə nəfərdən biri idi. Deyirlər ki, bu, Lukaşenkoya işarə ola bilər", - deyə o yazıb.
Eyni zamanda, Belarus mətbuatı Makeyin ölüm səbəbinin infarkt olduğunu və məmurun vəziyyəti ciddi qəbul etmədiyi üçün vaxtında həkimlərə müraciət etmədiyini qeyd edib.
Xatırladaq ki, Makey 3 gün əvvəl İrəvanda KTMT ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:10 / 27.11.2022
3 gün əvvəl İrəvanda olan Belarusun xarici işlər naziri zəhərlənib? - İDDİA
Hazırda oxunan: 3 gün əvvəl İrəvanda olan Belarusun xarici işlər naziri zəhərlənib? - İDDİA
Hazırda oxunan: 3 gün əvvəl İrəvanda olan Belarusun xarici işlər naziri zəhərlənib? - İDDİA
106548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.