KTMT Cənubi Qafqaz regionunu tərk edir – Ermənistan parlamentinin spikeri

Hazırda oxunan: KTMT Cənubi Qafqaz regionunu tərk edir – Ermənistan parlamentinin spikeri

106063

“Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq, regionu tərk edən KTMT-dir və bundan narahatıq”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə noyabrın 24-də Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

“Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiyini soruşmaq lazımdır. Əgər belədirsə, o zaman bunu yüksək səslə bəyan etmək lazımdır”, - deyə o əlavə edib.
“Bu gün KTMT-yə üzv olan Ermənistanın ərazisində üçüncü dövlətin, daha doğrusu Azərbaycanın qoşunları (Azərbaycan Ordusu ona məxsus olan topraqlarda mövqe tutub) var.

Bilmirəm, Təşkilata üzv olan ölkələr buna necə dözə bilər”, - deyə Ermənistan parlamentinin spikeri bildirib.

“Həyat sübut edir ki, KTMT-nin postsovet məkanında hərbi rolu özünü doğrultmur və kifayət qədər sübutlar var. Bu, təkcə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində özünü büruzə vermir”, deyə o, əlavə edib.

Spikerin fikrincə, Ermənistan tərəfi bu istiqamətdə nəticə çıxarıb və səmərəli addımlar atır.

“Biz KTMT-yə Türkiyə-Azərbaycan tandemindən qorunmaq üçün daxil olmuşuq. Başqa kimdən? Və heç olmasa siyasi qiymət vermək lazım idi. Ermənistanın buna reaksiyası dünənki sənədi imzalamaqdan imtina etməsi olub. Biz gözləyirdik ki, sənəddə siyasi qiymət öz yerini tapacaq”, - Simonyan bildirib.
Xatırladaq ki, noyabrın 24-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının ölkəyə yardım haqqında bəyannaməsini imzalamaqdan imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin