KTMT üzvləri Paşinyanı yenə məyus etdi

Hazırda oxunan: KTMT üzvləri Paşinyanı yenə məyus etdi

105957

İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası Ermənistan üçün heç də ürəkaçan olmayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sammitinin nəticələri Ermənistan üçün kifayət qədər məyusedici olub.

Buna səbəb isə sammitin yekun sənədlərində İrəvanın təklif etdiyi tələbin əksini tapmamasıdır. Belə ki, İrəvan sammit çərçivəsində KTMT-yə Azərbaycana təzyiq göstərilməsi tələbləri irəli sürüb. 
İrəvanın irəli sürdüyü qeyri-müəyyən ifadələr və bəzi “uyğun olmayan məqamlar”ı Ermənistanın blokdakı tərəfdaşları sonraya buraxmaq qərarına gəliblər. Bu isə Nikol Paşinyan və Ermənistan rəsmilərini xeyli məyus edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin