İran məhkəməsi minlərlə insanın həbs edildiyini TƏSDİQLƏDİ 

Hazırda oxunan: İran məhkəməsi minlərlə insanın həbs edildiyini TƏSDİQLƏDİ 

105872

İran məhkəmə sistemi sözçüsü Məsud Sitayeşi Məhsa Əmininin öldürülməsindən sonra ölkənin əksər əyalətlərində başlayan etiraz aksiyaları zamanı 2400 nəfərin həbs edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat verilib. 

Bildirilib ki, daha 1118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və işlərinə baxılmasını gözləyirlər.

Sitayeşinin dediyinə görə, sentyabrın ortalarından bu günə kimi ölkəni bürümüş nümayişlərdə rol oynadıqları üçün İran üzrə ümumilikdə 2432 etirazçı məhkəmələr tərəfindən ilkin hökmlər alıb.
İnsan Haqları Təşkilatlarının noyabrın 21-i axşam saatları yaydıqları məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 17 mindən çox vətəndaş həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin