Təbrizli millət vəkilindən İran hakimiyyətinə ÇAĞIRIŞ: “Etirazçıların səsini eşidin”

Hazırda oxunan: Təbrizli millət vəkilindən İran hakimiyyətinə ÇAĞIRIŞ: “Etirazçıların səsini eşidin”

105811

Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan ölkədə davam edən etiraz aksiyaları ilə bağlı fikirlərini paylaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” teleqram kanalı yayıb.

"Problemlərin həlli, etirazların iğtişaşlara çevrilməsinin qarşısını almaq üçün xalqın səsini eşitmək, vətəndaşlara qarşı ədalətli və insaflı davranmaq lazımdır", - deyə azərbaycanlı millət vəkili bildirib.

O, ölkənin yalnız bir qrupa aid olmadığını və başqalarına da inkişaf üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin