İran ordusunun komandiri Netanyahunu qaçıracağına söz verib

Hazırda oxunan: İran ordusunun komandiri Netanyahunu qaçıracağına söz verib

105681

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsfahan əyalətindəki komandir müavini Moctəba Fəda İsrailin baş naziri Binyamin Netanyahunu qaçırmaqla və onu qul xaltası ilə bağlayıb İrana gətirməklə hədələyib.

Bizim.Media xəbər verir ki, bu barədə İranlı hərbçi hökumətyönlü “Bahar News” qəzetinə bildirib.

“Sionist rejimin keçmiş baş naziri ümid edirdi ki, İrandakı etiraz aksiyaları onun Tehrana gəlməsinə imkan yaradacaq, lakin Allahın izni ilə İslam Respublikası yenidən ölkənin məsuliyyətini öz üzərinə götürərək etirazları əzəcək və Netanyahunu İrana qul xaltası ilə göndərəcək”, - Moctəba Fəda deyib.

İran ordusu, həmçinin yəhudi dövlətini “uşaq öldürən rejim” adlandıraraq onu məhv etməyə çağırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin