Təbrizli sənətkar Əbülfəz Əbulməali noyabrın 21-də Təbrizdəki iş yerində həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat verilib.
Məlumatda qeyd olunur ki, azərbaycanlı musiqiçi və bəstəkarın həbsinin səbəbləri və harada olması barədə məlumat yoxdur.
Qeyd edək ki, hökumət əleyhinə nümayişlərin əhatə dairəsinin kəskin şəkildə genişlənməsi ilə İslam Respublikası rejiminin qüvvələri Güney azərbaycanlıları geniş həbs dalğasına start veriblər.
Həbs olunanların dəqiq sayı barədə məlumat yoxdur. İnternetin kəsilməsi və bütün media mesajlarının hökumət tərəfindən bloklanması səbəbindən xəbərlər ləng göndərilir.
Bizim.Media
- A-
- A
- A+
Region
14:04 / 22.11.2022
Təbrizdə azərbaycanlı musiqiçi və bəstəkar HƏBS EDİLDİ
Hazırda oxunan: Təbrizdə azərbaycanlı musiqiçi və bəstəkar HƏBS EDİLDİ
Hazırda oxunan: Təbrizdə azərbaycanlı musiqiçi və bəstəkar HƏBS EDİLDİ
105674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.