Ermənistan Azərbaycanla sərhəddə yerləşən iki kənddə sığınacaq tikəcək.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan fövqəladə hallar nazirinin müavini David Ambaryan Ombudsman Aparatı yanında Uşaq İctimai Şurasının birinci iclasının yekunlarına həsr olunan iclasda deyib.
“Söhbət sığınacaqların olmadığı kəndlərdən gedir”, - Ambaryan bildirib.
Nazir müavininin sözlərinə görə, eyni zamanda, ölkənin orta məktəblərində sığınacaqlara ehtiyacın inventarlaşdırılması və qiymətləndirilməsi aparılır.
Ambaryan qeyd edib ki, ölkədə hələ də sığınacaq olmayan məktəblər və uşaq bağçaları var.
Nazir müavini sığınacaq məsələsinə vahid yanaşmanın tətbiqini vacib sayır.
Xatırladaq ki, sığınacaqlar mövzusu 2022-ci ilin sentyabr eskalasiyasından sonra yenilənib. O vaxtdan Ermənistan Fövqəladə Hallar Nazirliyi respublikada sığınacaqların vəziyyətini öyrənir.
Lazım gələrsə, təmir və abadlıq işləri aparılır. Çoxmənzilli və fərdi yaşayış evlərinin zirzəmilərinin vəziyyəti də araşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Region
23:29 / 20.11.2022
Ermənistanın iki sərhəd kəndində sığınacaq tikiləcək - DÖYÜŞƏ HAZIRLAŞIRLAR
Hazırda oxunan: Ermənistanın iki sərhəd kəndində sığınacaq tikiləcək - DÖYÜŞƏ HAZIRLAŞIRLAR
Hazırda oxunan: Ermənistanın iki sərhəd kəndində sığınacaq tikiləcək - DÖYÜŞƏ HAZIRLAŞIRLAR
105402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.