İran Azərbaycanla döyüşmək istəyirmi? - Ali Rəhbərin müşavirindən AÇIQLAMA

Hazırda oxunan: İran Azərbaycanla döyüşmək istəyirmi? - Ali Rəhbərin müşavirindən AÇIQLAMA

105378

“Əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq”

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Əli Əkbər Vilayəti bildirib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar:

“Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır.

İran İslam Respublikası bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir.
Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır və onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq.

İran bu gün elə bir qüdrətə malikdir ki, düşmənləri, o cümlədən Amerika və sionizm onunla hesablaşır, lakin qüdrətimiz dostlarımıza deyil, düşmənlərimizə, Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin