Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib.
Bizim.Media xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb və buna böyük həssaslıqla yanaşılıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə PKK terrorçularına qarşı əməliyyat keçirdi - VİDEO
Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamasında deyib ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib: “Yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb”.
Nazir bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək.
Bizim.Media