İstanbulun Sarıyer rayonundakı “Cendere” xiyabanının adı dəyişdirilərək “Azərbaycan” adlandırılıb.
Belə bir təklif ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü əsasında Sarıyer Bələdiyyə Məclisinin qərarı ilə irəli sürülüb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə Polad Həşimov adına park açıldı
Qərar İstanbul Böyük Şəhər Bələdiyyə Məclisində təsdiq olunub.
“Azərbaycan” küçəsinin açılışı fevral ayının 3-ə planlaşdırılıb.
Xatırladaq ki, Heydər Əliyevin adını daşıyan park və heykəl də Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir.
Esmira Aslanova, Bizim.Media, İstanbul bürosu