“Taxıl sazişi” 120 gün müddətinə uzadıldı – Ərdoğandan AÇIQLAMA

Hazırda oxunan: “Taxıl sazişi” 120 gün müddətinə uzadıldı – Ərdoğandan AÇIQLAMA

104891

“Taxıl sazişi” 120 gün müddətinə uzadılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin ev sahibliyi ilə həyata keçirilən dördtərəfli danışıqlar çərçivəsində, Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında qəbul edilən qərarla Qara dəniz Taxıl Dəhlizi Anlaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb.

“Arxada qoyduğumuz 4 aylıq dövrdə 500-ə yaxın gəmi ilə 11 milyon tondan çox taxıl və qida məhsullarının ehtiyac sahiblərinə çatdırılması bu anlaşmanın dünyanın qida təchizatı və təhlükəsizliyi üçün nə qədər önəmli və faydalı olduğu açıq şəkildə göstərib. Anlaşmanın uzadılması üçün iradə nümayiş etdirən Birləşmiş Millətlər Təşkilatına, Baş katib cənab Quterreşə, Rusiya Prezidenti cənab Putinə və Ukrayna dövlət başçısı cənab Zelenskiyə təşəkkür edirəm, zəhməti keçən hər kəsi təbrik edirəm”, - Türkiyə lideri qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin