İstanbuldakı teraktın sifarişçisi həbs edildi

Hazırda oxunan: İstanbuldakı teraktın sifarişçisi həbs edildi

104496

İstanbulun İstiqlal küçəsində 6 nəfərin ölümü ilə nəticələnən terror aktında saxlanılanların sayı 50-yə yüksəlib.

Bizim.Media "Hürriyet"ə istinadən xəbər verir ki, bombanı Suriya əsilli Ahlam Əlbəşirə verdiyi müəyyən edilən şübhəli B.-ni qaçmaq üçün Ədirnəyə aparan Ammar Carkas və qardaşı Ahmet Carkas saxlanılıb.

Şübhəlilərin sorğu-sualı davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbulda partlayışı törədən qadının təlimçisi BƏLLİ OLDU


Qeyd edilir ki, Ahlam Albaşir və B.ni hadisə yerinə Yasir adlı şəxs aparıb. Abaşir Beyoğlu rayonunda çantanı B.-dən alıb və İstiqlal prospektinə gedib. B. adlı terrorçu isə eyni avtomobillə geri qayıdıb.

Ahlam Albaşir hadisəni törədən sonra B.-yə zəng eləyib, amma ikinci ona deyib ki, başının çarəsinə baxsın. Bundan sonra Albaşir taksi ilə Esenlerdəki ünvana qayıdıb. B. isə Ammar Jarkasın köməyi ilə Ədirnəyə qaçıb. Sonra Jarkas İstanbula qayıdıb və orada tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin