İranda hazırda davam edən etirazlar çərçivəsində saxlanılan bir şəxs barəsində ilk ölüm hökmü çıxarılıb.
Bizim.Media "CNN"ə istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs hökumət binasının yandırılmasında və ictimai asayişin pozulmasından ittiham olunub.
Bununla yanaşı, etirazlar zamanı saxlanılan daha 5 nəfər barəsində “milli təhlükəsizlik və ictimai asayişin pozulması” ittihamları əsasında 5 ildən 10 ilə qədər həbs qərarı verilib.
Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi səbəbilə ölkə miqyasında etiraz aksiyaları keçirilir.
Nümayişlərdə 346 nəfər öldürülüb, 15 000-dən çox etirazçı həbs olunub.
Bizim.Media
- A-
- A
- A+
Region
15:39 / 15.11.2022
İranda etirazlarla bağlı ilk ölüm hökmü çıxarıldı
Hazırda oxunan: İranda etirazlarla bağlı ilk ölüm hökmü çıxarıldı
Hazırda oxunan: İranda etirazlarla bağlı ilk ölüm hökmü çıxarıldı
104482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.