Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İndoneziyada ABŞ prezidenti Co Baydenlə görüşüb.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə və ABŞ liderləri arasında görüş Balidə keçirilən G20 sammiti çərçivəsində keçirilib.
Apurva Kempinski otelində baş tutan danışıqlara mətbuat nümayəndələri buraxılmayıb.
Müzakirələrdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nəbati və milli müdafiə naziri Hulusi Akar iştirak edib.
Bizim.Media