Ermənilərdən növbəti OĞURLUQ – Sarı gəlindən sonra indi də bu musiqimiz - VİDEO 

Hazırda oxunan: Ermənilərdən növbəti OĞURLUQ – Sarı gəlindən sonra indi də bu musiqimiz - VİDEO 

103867

Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsəri ermənilər tərəfindən oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə  Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Bildirilib ki, Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsəri Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən “Qaram dardzats” adı altında ifa edilərək mənimsənilib və “Youtube” platformasında yayılıb.
Əqli Mülkiyyət Agentliyinin ekspertləri bəstəkar Eldar Mansurov və Faiq Sücəddinovun rəylərinə əsasən müəyyən edilib ki, ifa olunan “Qaram dardzats” adlı mahnı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsəri ilə eynidir.

“Zərif gülüşlüm” əsəri Cahangir Cahangirovun 1969-cu il 18 dekabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış və müvafiq kataloqa daxil edilib.

Musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilib. (Cahangir Cahangirovun 1971-ci ildə çap olunmuş “Mahnılar (fortepiano ilə oxumaq və xor üçün)”).

Bu mahnı, həmçinin Azərbaycanın məşhur ifaçılarından Şövkət Ələkbərova  və İslam Rzayev tərəfindən də ifa edilib və həmin ifalar “YouTube” kanallarına yüklənib.
 


Bu da o deməkdir ki, Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən “Qaram dardzats” musiqi əsəri plagiatdır və məşhur Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsərinin adı “Qaram dardzats ” adı ilə əvəz olunaraq təhrif edilib.
 


“Youtube” kanalında yerləşdirilmiş Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən musiqi əsəri haqqında verilən məlumatda Cahangir Cahangirovun adı göstərilməməklə onun müəllif kimi şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərindən isə əmlak hüquqları pozulub.

Mahnı haqqında verilən məlumatda aranjemançı kimi Khachik Sahakyan göstərilib. Müəllif-hüquq qanunvericiliyi baxımından mahnının arenjeman edilməsi üçün müəlllifdən və ya onun vərəsələrindən icazə alınmalıdır.
Bu hal eyni zamanda Azərbaycanın milli qanunvericiliyinin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduqları Ümumdünya Əqli Mülkiyyət Təşkilatınının (ÜƏMT) inzibati idarəçiliyində olan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən kobub şəkildə pozulmasıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin