Azərbaycanda İrandan maliyyələşən kimlərdir? – ARAŞDIRMA GEDİR 

Hazırda oxunan: Azərbaycanda İrandan maliyyələşən kimlərdir? – ARAŞDIRMA GEDİR 

103752

İranın "Black Rewards" haker qrupu İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının İranın Azərbaycanda fəaliyyət göstərən əməliyyatçılarının hesablarına baş tutan pul köçürmələrinə dair daxili sənədini yayıb. İran hökuməti 3 ayda Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb. 

Bu barədə Bizim.Media teleqram kanallarına istinadən xəbər yaymışdı. 

Bu, sözügedən qurumun rəsmi blankları ilə İran xarici işlər nazirinin maliyyə və inzibati məsələlər üzrə müavini Məhəmməd Fəthəliyə ünvanlanmış məktublardır.

Məktublarda İranın müxtəlif ölkələrdə fəaliyyət göstərən əməliyyatçılarının bank hesablarına yüz minlərlə avro məbləgin köçürülməsi xahiş olunur.

Xüsusilə, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47.158 və 75.000 avro, Naxçıvana isə 15.083 və 30.000 avro vəsait köçürülüb. Habelə 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb. Eləcə də, həmin tarixdə Moskvaya 40.000 avronun köçürüldüyü qeyd olunur. Pul köçürmələri İran Milli Bankı tərəfindən həyata keçirilib. 

Bu pullar hara, kimə köçürülür, nə məqsədlə köçürülür?

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, belə hərəkətlər Azərbaycanın daxili işlərinə müdaxilədir: 

“Hələ sentyabrda bəlli idi ki, İran buradakı dayaqları və xaricdəki blogerlər vasitəsilə Azərbaycanda qarşıdurma yaratmaq istəyir. Həmin pullar da İranın buradakı dayaqlarına göndərilir. Bu artıq sənədlərlə sübut olunub. DTX onların bir qrupunu həbs edib. İran başa düşmür ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Onların Azərbaycana olan bu nifrəti İrana başucalığı gətirməyəcək”. 

Həmsöhbətimiz deyir ki, indiki zamanda İranın özünə kömək lazımdır:

“Azərbaycanda İranın ünvanladığı həmin vəsaitləri ancaq molla rejimi kimi şərəfsizlərə xidmət edən şərəfsizlər ala bilər. Buradakı şərəfsizlər dövlətimizi satırsa, istənilən vaxt İranı da satacaq. Müvafiq qurumlar yəqin ki, həmin pulalrın hara köçürüldüyünü də tapacaq. Bəlkə aydınlaşdırılma gedir deyə, bəzi məsələlər mətbuata açıqlanmır. Satqınlar həbs edilməlidir”. 

C. Nuriyev deyir ki, bu pulları köçürməklə İran Azərbaycanda qarşıdurma yaratmaq, milli ədavət toxumu səpmək məqsədi güdür:

“Amma Tehran bunu da bacarmayacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin