Xankəndidə erməni QARŞIDURMASI – Babayan Vardanyana inanmamağa çağırır

Hazırda oxunan: Xankəndidə erməni QARŞIDURMASI – Babayan Vardanyana inanmamağa çağırır

103670

Qarabağdakı separatçıların qondarma “Təhlükəsizlik Şurası” nın “sabiq üzvü” Samvel Babayan “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib ki, 3 ildən sonra Rusiya sülhməramlıları Qarabağı tərk edəcək:

“Onların getməyəcəkləri, nəyin bahasına olursa olsun Qarabağda qalacaqları kimi bütün bəyanatlara baxmayaraq, mən hesab edirəm ki, bu, reallıqdan uzaqdır. Rusiyanın bu gün Türkiyə və Azərbaycanla olan maraqları belə deməyə əsas verir.
Rusiyanın bəzi iqtisadi maraqları var ki, həmin maraqlar Qarabağ məsələsindən üstün olacaq. Bu güzəştlər bizim hesabımıza olacaq, ona görə də əvvəlcədən deyirəm ki, fikrimizi dəyişməli və problemləri başqa nöqteyi-nəzərdən, başqa cür həll etməliyik”.

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Babayanın fikirlərinə münasibət bildirərkən deyib ki, onun bu dedikləri Qarabağdakı ermənilərlə bağlı müəyyən perspektivlərə işıq salır: 

“Babayan dolayısı ilə onu demək istəyir ki, Rusiya sülhməramlıları razılaşdırılmış zaman başa çatandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq. Çünki bu Azərbaycan dövlətinin istəyinə bağlı məsələdir. Azərbaycan Prezidenti Şuşaya olan son səfərində də bununla bağlı birmənalı fikir bildirdi. Sülhməramlılarla bağlı zaman müəyyənləşib və həmin vaxt başa çatandan sonra rus qoşunları Qarabağı tərk etməlidir. Moskva ona qarşı heç nə edə bilməz”.

Bu xüsusda həmsöhbətimizə görə, Samvel Babayan ermənilərin gələcəklə bağlı necə davranmalı olduqlarını göstərir:

“Yəni demək istəyir ki, yalan olaraq Qarabağ ermənilərini aldatmağa ehtiyac yoxdur. Ona görə də bu xüsusda nə qədər mümkünsə, Azərbaycan dövləti çərçivəsində müəyyən hüquq və təhlükəsizlik təminatı almağa işarə edir.

Çünki onun alternativi yoxdur. Heç bir dünya gücü bu gerçəyi dəyişdirmək iqtidarında deyil. Reallıq başqa şəraiti diktə edir. Bir sözlə, Babayan ermənilərə gerçəyin üzünə baxmağı tövsiyyə edib”. 
Politoloq qeyd edir ki, bu mesajla Babayan həm də Rusiyanın Vardanyan layihəsinə işıq salmağa çalışıb:

“Bildirib ki, kənardan idarə olunan belələrinin populist çıxışlarına inanmasınlar. Çünki Vardanyan kimiləri insanları fürsət düşən kimi yarı yolda qoyacaq şəxslərdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin