Rusiyadan KƏSKİN QƏRAR - Azərbaycana keçən TIR-ların yolu dəyişdirildi

Hazırda oxunan: Rusiyadan KƏSKİN QƏRAR - Azərbaycana keçən TIR-ların yolu dəyişdirildi

103544

Azərbaycan-Rusiya sərhədində Samur gömrük-keçid məntəqəsinin qarşısında yük maşınlarının sayı 3000-dən hazırda 1200-ə enib.

Bizim.Media-nın Samur gömrük-keçid məntəqəsindən əldə etdiyi məlumata görə, Rusiya Nəqliyyat Nazirliyi sıxlığı aradan qaldırmaq üçün yük avtomaşınlarının hərəkət sxeminin dəyişdirilməsi barədə qərar verib.

Rusiyadan Azərbaycana qayıdan yük avtomobillərinə qonşu Tahirkənd Qazmalar keçid məntəqəsindən hərəkət etmələri tövsiyə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Rusiya sərhədində SIXLIQ – Uzun növbə yaranıb 


Artıq 3 gündür yük maşınları ölkəmizə Tahirkənd Qazmalar məntəqəsindən keçməklə Azərbaycanın Xanoba keçid məntəqəsindən geri qayıdırlar. Bu qərar noyabrın 17-dək davam edəcək.

Qeyd edək ki, Samur kömrük-keçid məntəqəsində yük avtomobillərinin böyük növbəsi Rusiyanın Dağıstan Respublikasının Yaraq Qazmalar keçid məntəqəsində avtomaşınların çox ciddi yoxlanılması səbəbindən yaşanıb və Azərbaycan tərəfdə qonşu ölkəyə keçiddə heç bir problem yoxdur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin