Paşinyanın iqamətgahı önündə bir nəfər özünü yandırdı - VİDEO

Hazırda oxunan: Paşinyanın iqamətgahı önündə bir nəfər özünü yandırdı - VİDEO

103134

Bir neçə dəqiqə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan şəhərində, Proşyan küçəsindəki iqamətgahı önündə bir nəfər özünü yandırmağa cəhd edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus Telegram kanalı yayıb.

Mənbə yazır ki, naməlum şəxs özünə benzin tökərək yandırıb. Polis alovu söndürməyə və naməlum şəxsi xəstəxanaya çatdırmağa nail olub.

Sosial şəbəkədə təcili yardım maşınının özünü yandıran 30 yaşlı kişini xəstəxanaya apardığı haqda görüntülər yayılıb.

Mənbə yazır ki, o, özünü yandırmazdan əvvəl Paşinyana qarşı ittihamlar səsləndirib.

Təfərrüatlar dəqiqləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin