Türkiyədə Azərbaycanın Zəfər Günü qeyd ediləcək

Hazırda oxunan: Türkiyədə Azərbaycanın Zəfər Günü qeyd ediləcək

103010

Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov noyabrın 6-dan 10-dək Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib.

Məlumata görə, deputatlarımız 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsini yad edəcəklər.
Səfər çərçivəsində Milli Məclisin deputatlarının bir sıra görüşləri də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin