Təbrizi yenidən azadlıq çağırışları bürüyüb - VİDEO

Hazırda oxunan: Təbrizi yenidən azadlıq çağırışları bürüyüb - VİDEO

102797

“Azərbaycan türkü Hədis Nəcəfinin qətlinin 40-cı günü ilə əlaqədar Güney Azərbaycanda keçirilən aksiyalardan sonra fars-molla rejimi kütləvi həbslərə başlayıb. Bu gecə güneyli soydaşımız, milli hərəkatın öncüllərindən biri Kərim Boksor xüsusi xidmət orqanları tərəfindən həbs edilib”.

Bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada təmsilçisi Aslan İsabəyli Bizim.Media-ya eksklüziv müsahibəsində bildirib.

O, əlavə edib ki, səhər saatlarından başlayaraq Təbriz, Ərdəbil və digər şəhərlərdə ötən gün həbs olunanların, xüsusən də Kərim Boksorun tezliklə azadlığa buraxılması tələbi ilə insanlar küçələrə çıxıb:

“Narahatçılıq doğuran məqam ondadır ki, son vaxtlar İranın xüsusi xidmət orqanları milli fəalları oğurlayır, sonra da onları fiziki cəhətdən məhv edirlər. Ona görə də Güneyli soydaşlarımız Kərim Boksorun taleyindən çox narahatdır. Əgər o, bu gün sərbəst buraxılmasa davamlı mitinqlər başlayacaq”.
Qeyd edək ki, ötən gecə Təbrizi yenidən azadlıq çağırışları bürüyüb. “Millət oyan amandı, Azərbaycan talandı” deyən minlərlə gənc gecə yarısına qədər küçələrdə yürüş keçiriblər.

Daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin