Noyabrn 2-də Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxani məsciddən evinə qayıdarkən naməlum gənclər tərəfindən döyülüb.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, mediaya açıqlamasında Əmirxani gənclərin onu vurub yıxdıqdan sonra təpiklədiklərini, qol və ayaq sümüklərinin çatladığını və bir neçə dişinin sındırıldığını deyib.
O, hücum edənlərin iki minik avtomobili ilə onu izlədiklərini və saylarının 7-8 nəfər olduğunu bildirib.
Qeyd edək ki, son vaxtlar mollalara qarşı edilən hücumlar və onların əmmamələrinin başlarından vurub salınmasının gənclər arasında dəbə çevrilməsindən sonra ictimai yerlərdə görünən mollaların sayı kəskin azalıb.
Onların çoxunun artıq evdən çıxmağa məcbur olarkən molla libasında deyil, adi geyim geyindikləri bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Region
14:44 / 03.11.2022
İranda yeni TREND - Təbrizli molla ölümcül döyüldü
Hazırda oxunan: İranda yeni TREND - Təbrizli molla ölümcül döyüldü
Hazırda oxunan: İranda yeni TREND - Təbrizli molla ölümcül döyüldü
102645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.