Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla təmasları vacib adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentdə 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı danışıb.
Paşinyan xatırladıb ki, bu il Ərdoğanla telefon danışığı aparıb, daha sonra Praqada görüşüb.
“Siz soruşursunuz görüş olub, sonda nəsə dəyişib? Hesab edirəm ki, çox mühüm dəyişiklik var. Ancaq hansısa əhəmiyyətli və praktiki nəticə əldə edilməyib. Vəziyyəti təhlil edərkən başa düşdüm ki, bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə (Ərdoğanı nəzərdə tutur) ünsiyyətlə bağlı çətinliklərin öhdəsindən gələ bilmişik”.
Paşinyan əmin edib ki, bu sual həmişə olub: görüşmək, ya yox, danışmaq, ya yox?
“İndi bu dilemma yoxdur və nəinki hakimiyyət səviyyəsində, hətta cəmiyyət səviyyəsində də”, - deyə Paşinyan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:20 / 02.11.2022
Paşinyan: “Ərdoğanla rahat ünsiyyət qura bilirəm”
Hazırda oxunan: Paşinyan: “Ərdoğanla rahat ünsiyyət qura bilirəm”
Hazırda oxunan: Paşinyan: “Ərdoğanla rahat ünsiyyət qura bilirəm”
102431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.