Paşinyan İran prezidentini İrəvana dəvət etdi

Hazırda oxunan: Paşinyan İran prezidentini İrəvana dəvət etdi

102296

İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan danışıqları davam etdirmək üçün İran prezidenti İbrahim Rəisini İrəvana səfərə dəvət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Mehrnews” yayıb.

İranın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliklə bağlı prinsipial fikirlərini yüksək qiymətləndirən Paşinyan Rəisiyə Soçidə keçirilən üçtərəfli görüş barədə məlumat verib.
“Mən İran prezidentinin regionda sabit sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlı fikri ilə razıyam”, - Paşinyan bildirib.

O, Rəisinin İranın erməni icmasına münasibətini yüksək qiymətləndirib.

Paşinyanın sözlərinə görə, İran İslam Respublikası müxtəlif dinlərin ardıcılları arasında dinc əməkdaşlıq və birgəyaşayış simvolu ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin